Şou-biznes

"Kimin ərini əlindən almışam, özüm də qarışdırıram, uşağımı subay kişidən doğmuşam"

2 İyun 2025 20:15
Baxış: 4 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Vəfa Şərifova jurnalist Türkan Məmmədlinin suallarını cavablandırıb.

Milli.Az xəbər verir ki, şəxsi həyatından danışan ifaçlı bir sıra mövzuları gün üzünə çıxarıb.

Sənətçi maraqlı etirafı ilə diqqət çəkib:

"Özüm də bilmirəm. Kimin ərini, yaxud həmkarımın sevgilisini əlindən almışam? Artıq bu siyahıları qarışdırıram. Hər şey göründüyü kimi deyil. Nikahım yoxdu, amma övladımı subay kişidən dünyaya gətirmişəm. O demək deyil, başqa xanımla rəsmi evliliyi olan bəydən uşaq dünyaya gətirmişəm. Mənimlə nikahım olmayan kişinin heç kimlə yoxdur. Onun keçmişində kimlərinsə olmağı mənim günahım deyil.

Mən o insanla tanış olanda, bütün ölkə bilir ki, həyatında başqa müğənni xanım olub. Artıq ayrılmışdılar. O xanımın həyatında başqa bəy vardı. Bu insanın həyatına çox-çox sonra gəlmişəm. Bir də bu mövzular barədə sual verilməsini istəmirəm. Nə qədər açıqlama versən də, "Dağıtmısan da..." düşünənlər olacaq. Çox şey danışa bilərəm. Ancaq bu etdiyim gələcəkdə övladlarıma başqa insanlara ziyan vuracaqsa, etmək istəmirəm. Gün gələr, bəlkə, haradansa mövzuları ortaya çıxa da bilər". 

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.