Kriminal

Həbsxanaya oğluna gətirdiyi şalvarın balağında narkotik keçirmək istədi - FOTO

19 Yanvar 2026 16:20
Baxış: 624
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Milli.Az xəbər verir ki, həbs edilmiş şəxsə anası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan idman şalvarının balağındakı rezinə xüsusi üsulla hopdurularaq gizlədilmiş 0,118 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.