Cəmiyyət

Limadakı “La Virgen Milagrosa” kilsəsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib - VİDEO - FOTO

19 Yanvar 2026 22:16
Baxış: 310
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 18-də Peruda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunub. Lima şəhərində yerləşən və ən çox ziyarət edilən kilsələrdən biri olan "La Virgen Milagrosa" kilsəsində keçirilən mesa zamanı 20 Yanvar faciəsinin şəhidləri anılıb. Dini mərasimdə 500-dən çox Peru vətəndaşı iştirak edib.

Milli.Az xəbər verir ki, mərasim zamanı kilsənin keşişi Fransisko Ameskita dünyada sülhə, xüsusilə Azərbaycan xalqına həsr olunmuş çıxışında 20 Yanvar hadisələri barədə yerli ictimaiyyətə məlumat verib. O, Qanlı Yanvar faciəsinin Azərbaycan xalqı üçün dərin bir kədər olmaqla yanaşı, eyni zamanda millətin qəhrəmanlığının və yenilməz iradəsinin rəmzinə çevrildiyini vurğulayıb. Keşiş şəhidlərin xatirəsinə dua edərək bildirib:

"Bu gün biz Azərbaycan üçün, onun azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi üçün dua edirik."

Anım mərasimində Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, konqresmen Yorel Kira Alkarraz Aquero, Perunun Xarici İşlər Nazirliyinin nümayəndələri, diplomatik korpusun nümayəndələri, Azərbaycanda ali təhsil almış Peru vətəndaşları, eləcə də Peruda yaşayan azərbaycanlılar iştirak ediblər.

Eyni zamanda, Perunun aparıcı media qurumlarında "La Virgen Milagrosa" kilsəsində 20 Yanvar faciəsinə həsr olunmuş dini mərasim geniş işıqlandırılıb, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəvi hadisələr barədə məlumat təqdim olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.