Bolqarıstan prezidenti Rumen Radev istefa verdiyini açıqlayıb.
Milli.Az xəbər verir ki, o bu barədə bazar ertəsi günü etdiyi çıxışı zamanı danışıb.
"Sabah səhər istefamı təqdim edəcəyəm. Əminəm ki, vitse-prezident İliana Yotova prezident kimi mənim üçün layiqli əvəzedici olacaq", - Radev bildirib.
Qeyd edək ki, bu açıqlama, ötən ay əvvəlki hökumət istefa verdikdən sonra onun öz siyasi partiyasını quracağı ilə bağlı geniş yayılmış ehtimalları daha da gücləndirib.
Milli.Az





