Bolqarıstan prezidenti istefa verdiyini açıqladı

19 Yanvar 2026 21:38

Bolqarıstan prezidenti Rumen Radev istefa verdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, o bu barədə bazar ertəsi günü etdiyi çıxışı zamanı danışıb.

"Sabah səhər istefamı təqdim edəcəyəm. Əminəm ki, vitse-prezident İliana Yotova prezident kimi mənim üçün layiqli əvəzedici olacaq", - Radev bildirib.

Qeyd edək ki, bu açıqlama, ötən ay əvvəlki hökumət istefa verdikdən sonra onun öz siyasi partiyasını quracağı ilə bağlı geniş yayılmış ehtimalları daha da gücləndirib.

Milli.Az