İdman

“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

1 İyun 2025 13:03
Baxış: 1 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted"in əfsanəsi Pol Skoulz Bruno Fernandeşi satmağın tərəfdarıdır.

Milli.Az-ın xarici mediaya istinadla xəbərinə görə, o hesab edir ki, onun transferinə razılıq verməyə dəyər, çünki "Əl-Hilal"ın "Mançester Yunayted"in kapitanı üçün təklif etdiyi 100 milyon avro, şübhəsiz ki, çox puldur.

Üstəlik, keçmiş futbolçu əmindir ki, Fernandeş bütün bacarığına baxmayaraq, hazırda Ruben Amorimin baş məşqçisi olan klubun ümumi strategiyasından kənarda qalır.

"Onun üçün 100 milyon təklif edirlər! "Mançester Yunayted" burada "yox" deməməlidir.

Başa düşürəm ki, o, parlaq oynayıb, komandanı daşıyıb... Bəs o, harda, hansı mövqedə parlayır? O, on nömrədir, yoxsa müdafiəçi yarımmüdafiəçi? O, oyunun demək olar ki, heç bir vizyonuna uyğun gəlmir, çünki ona heç bir konkret mövqe təyin olunmur.

Bruno, təkrar edirəm, əladır, amma məni səhv başa düşməyin. Onun üçün 100 milyon təklif edəndə sən əlini sıxıb, təklif etdiklərini almalısan"./lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.