İdman

Gimnastlarımız Dünya kubokunda 3 gümüş medal qazandılar

2 İyun 2025 18:39
Baxış: 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

29 may - 1 iyun tarixlərində Bolqarıstanın Burqas şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya kubokunda ölkəmizi təmsil edən gimnastlarımız uğurlu çıxışlarla yadda qalıblar.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

İdmançılarımız üç müxtəlif proqram üzrə yüksək nəticələr əldə ediblər.

Qarışıq cütlük - Sabir Ağayev və Milana Əliyeva 27.130 xalla gümüş medal, kişi cütlüyü - Murad Rəfiyev və Daniel Abbasov 28.800 xalla gümüş medal, kişi qrupu - Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli 28.840 xalla gümüş medala layiq görülüblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.