Yeni il hədiyyə qutuları ilə bağlı XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni İldə sevinən ən çox uşaqlardır. Mağazalarda satışa çıxarılan hədiyyə qutularının tərkibi ilə bağlı bir çox valideynlər narahatdırlar.
Bəs hədiyyə qutularını alarkən valideynlər nəyə diqqət edirlər?
Milli.Az xəbər verir ki, valideynlərin sözlərinə görə, vitrinlərə yerləşdirilən hazır hədiyyə qutularından istifadə tarixinə diqqət edirlər:
"Hədiyyə qutularında şokolad, konfet və digər şirniyyatların istehsal və istifadə tarixləri, qablaşdırmada zədələnmələr olmamasına fikir veririk. Çalışırıq elə məhsul alaq ki, sabah uşaq zəhərlənməsin. Çox vaxt özümüz alıb evdə hədiyyə qutusu düzəldirik".
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, qida məhsullarının, o cümlədən bayram üçün hazırlanmış hazır hədiyyə qutularının satış qaydalarının monitorinqi ilə məşğul olunur və uyğunsuzluq aşkarlandığı təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcək.
İstehlakçılara isə tövsiyə edilir ki, hədiyyə qutusu alarkən məhsulların üzərindəki istifadə tarixlərini yoxlasın və qablaşdırmanın bütövlüyünə diqqət etsin. Bayram ərəfəsində artan satış həcmləri fonunda belə qutuların tərkibinin xüsusi nəzarət tələb etdiyi bildirilir.
Bəs bu qutular nə zaman təhlükəlidir?
Mövzu ilə bağlı qida təhlükəsizliyi üzrə ekspert Ağa Salmanov bildirib ki, içərisində qida olan hədiyyə qutuları bayram mövsümündə geniş şəkildə satışa çıxarılsa da, onların tərkibi ilə bağlı diqqətli olmaq vacibdir.
Onun sözlərinə görə, belə qutular yalnız istifadə tarixi bitmiş məhsullar olduqda, qablaşdırmalar zədələndikdə və ya düzgün saxlanılmadıqda təhlükə yarada bilər. Düzgün seçildiyi halda belə hədiyyə qutuları təhlükəli deyil və rahatlıqla istehlak oluna bilər.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib





