Şou-biznes

Ölümünə görə həkimi həbs olundu

5 Dekabr 2025 10:01
Baxış: 450
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Dostlar" serialının məşhur aktyoru Metyu Perrinin ölümündə məsuliyyət daşıdığı bilinən həkim Salvador Plasensiya 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Plasensiya narkotik asılılığı ilə mübarizə aparan Perriyə qazanc əldə etmək məqsədilə qeyri-qanuni şəkildə ketamin satmaqda təqsirli bilinib. O, məhkəmədə ittihamları qəbul edərək günahını etiraf edib.

Xatırladaq ki, Metyu Perri uzun illər alkoqol və narkotik asılılığı ilə mübarizə aparırdı. Aktyor 2023-cü il oktyabrın 28-də Los-Ancelesdəki evində, cakuzi içində dünyasını dəyişmişdi. Ekspertiza onun ölümünün ketaminin yüksək dozada qəbulundan qaynaqlandığını təsdiqləmişdi.

Məlumata görə, Perri depressiya müalicəsi çərçivəsində bir neçə həftə ketamin inyeksiyaları alıb. Klinikada ona daha yüksək doza verilməsi mümkün olmadıqda, o, preparatı qeyri-leqal yollarla təmin etməyə başlamışdı.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.