İdman

Emre Belözoğlunun yeni iş yeri bəlli oldu

5 Dekabr 2025 09:39
Baxış: 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Kasımpaşa" klubu baş məşqçi postuna yeni təyinat edib.

Milli.Az xəbər verir ki, klubun mətbuat xidməti bildirir ki, İstanbul təmsilçisi yerli mütəxəssis Emre Belözoğlu ilə razılığa gəlib.

Belözoğlu bu vəzifədə gürcüstanlı Şota Arveladzenin yerini tutub.

Qeyd olunur ki, təcrübəli çalışdırıcı son olaraq Türkiyədə "Antalyaspor" komandasında çalışıb. "Kasımpaşa" Superliqada 14 turun ardından 13 xal toplayaraq hazırda turnir cədvəlində 14-cü sırada yer alır.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.