Kriminal

Sürücü oyuncaq silahla təşviş yaratdı - Həbs edildi - VİDEO

2 İyun 2025 19:49
Baxış: 1 074
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə paytaxtda avtomobildən silahabənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli Milli.Az-a bildirib ki, "Hyundai" markalı avtomobildə hərəkət zamanı oyuncaq silahla ətrafda olan insanlarda təşviş və qorxu yaradan 24 yaşlı sürücü müəyyən olunaraq saxlanılıb.

O, inzibati qaydada həbs olunub.

L.İsrəfilli qeyd edib ki, istər real, istərsə də oyuncaq silah vasitəsilə cəmiyyətdə təhlükə və panika yaratmaq hüquqi məsuliyyətə səbəb olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.