Ermənistan

Paşinyandan Erməni Apostol Kilsəsinə qarşı sərt tənqid

4 İyun 2025 11:27
Baxış: 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Erməni Apostol Kilsəsinin fəaliyyəti ilə bağlı sərt açıqlama verib.

Milli.Az xəbər verir ki, o, bəzi yüksək rütbəli ruhanilərin hələ də kilsənin xalqın mənafeyinə xidmət etməli olduğunu anlamadığını bildirib.

Paşinyan qeyd edib ki, kilsənin subaylıq andına riayət olunmaması onun mənəvi dəyərlərinə zərər vurur. O, subaylıq andını pozan ruhanilərin dini xidmətlərini davam etdirmələrinin yolverilməz olduğunu vurğulayıb.

Baş nazir həmçinin, Katolikos II Qareginin bu andı pozub-pozmadığı ilə bağlı məsələyə aydınlıq gətirilməsinin vacibliyini dilə gətirib. Onun sözlərinə görə, əgər II Qareginin övladı varsa, bu fakt onun "bütün ermənilərin katolikosu" statusu ilə uyğunluq təşkil etmir.

Qeyd edək ki, Nikol Paşinyan son dövrlərdə Erməni Apostol Kilsəsi ilə bağlı bir sıra tənqidi fikirlər səsləndirib.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.