Sağlamlıq

Ayaqqabılar sağlamlığınıza zərər verə bilər – Həkim xəbərdarlıq edir

6 İyun 2025 01:01
Baxış: 711
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ayaqyalın gəzmək duruş və onurğa sağlamlığına müsbət təsir göstərir.

Milli.Az xəbər verir ki, idman həkimi və reabilitasiya mütəxəssisi Valeri Vasilyevin sözlərinə görə, ayaqyalın gəzmək insanın duruşunu və onurğa sağlamlığını yaxşılaşdırmağa kömək edir. 

Mütəxəssis bildirir ki, yeriyərkən ayaqda bir sıra aktiv nöqtələr stimullaşır və bu nöqtələrin bədənimizin müxtəlif orqan və sistemləri ilə birbaşa əlaqəsi var. Xüsusilə çınqıl daşları və ot üzərində gəzmək bu nöqtələrin masajı ilə bərabər, orqanizmi aktivləşdirir və sağlamlığa müsbət təsir göstərir.

Vasilyev qeyd edib ki, narahat ayaqqabılar yeriş pozuntusuna və bel nahiyəsində gərginliyin artmasına səbəb ola bilər. Buna qarşı olaraq, ayaqqabısız gəzmək duruşun düzəlməsinə və onurğa ətrafı əzələlərin daha sağlam fəaliyyətinə şərait yaradır.

Mütəxəssis yay aylarında mümkün qədər tez-tez ayaqyalın gəzməyi tövsiyə edir və bunun həm profilaktik, həm də ümumi sağlamlıq baxımından faydalı olduğunu vurğulayır.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.