Leyla Axundzadə: "Müşfiq güllələnməyib, Mərəzədə ölüb" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli siması Mikayıl Müşfiqin anadan olmasının 117-ci ildönümüdür. Müşfiq 30 yaşını tamamlamadan repressiya olunsa da, öz qısa həyatı boyunca poeziyamızın mövzu və üslubunu dəyişdirmiş, özündən sonrakı ədəbi nəsillərə mühüm təsir göstərmişdir.
Milli.Az xəbər verir ki, Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla Axundzadə "Teleqraf"a müsahibə verib.
Həmin müsahibədən bəzi hissələri təqdim edirik:
- Leyla xanım, bu sualı cavablamaq sizin üçün nə qədər çətin olsa da, soruşmaq istəyirik. Deyilənə görə, ananızı həbs edəndə iki seçim qoyublar: ya həbs, ya Müşfiqdən boşanmaq. Bu haqda nəsə bilirsiniz?
- Bəli, deyəcəm. Ümmügülsümün xatirələrini oxumusunuzsa, xatırlayarsınız, orada da var. (Ümmügülsüm-şairə, Məmməd Əmin Rəsulzadənin əmisi qızı-red) Həbsdə əvvəlcə Dilbər xanımı ümumi kamerada saxlayıblar, sonra təkadamlıq kameraya keçiriblər. Xanım öz xatirələrində yazıb ki, kameradan Dilbərin səsini eşidirdik. Dilbər qışqırırdı ki, mən ölümə gedərəm, amma Müşfiqə yox demərəm. Yəni, həqiqətən də, o seçimi qoyublar qarşısına. Anamla Müşfiq ölənə qədər evli qalıblar. Nigah kağızları hələ də məndə qalır.
- Atanızla rəsmi nikahları olmayıb...
- Olmayıb, hə. Çünki anam Müşfiqdən boşanmayıb. Həyatın qəribəliyinə baxın ki, atam da tez rəhmətə gedir, anam yenə tək qalır. Üstəlik, balaca uşaqlarla. Atam anamı sevib. Bizi də sevib. Atam müharibə iştirakçısı olub. Ürək xəstəsi olub. Qəfildən rəhmətə gedib.
- Atanızla Dilbər xanım necə tanış olublar bəs?
- Qohumlar vasitəsilə. Anam həbsdən sonra ata evinə qayıda bilmir, analığı imkan vermir. Dilbər xanım öz anasının yanına qayıdır, onunla yaşayır. O dövrdə Dilbər xanıma yaxınlaşmaq təhlükəli olub. Hamı qorxurmuş. Çünki anam hələ bəraət almamışdı. "Xalq düşməninin arvadı" idi. Atam ikinci dünya müharibəsi iştirakçısı olub. Atamın onunla evlənməsi əsl qəhrəmanlıq idi. Atam olmasaydı, bəlkə də, anam da Balacaxanım kimi... Anam bəlkə də, atamın sayəsində həyatda qalıb. Atam anamla 1950-ci ilin əvvəlində evlənib.
- Müşfiq ölüb, yoxsa, öldürülüb, Leyla xanım, siz necə bilirsiniz?
- Müşfiq güllələnməyib. Məndə ölüm haqqında arayışı var. Ədliyyə Nazirliyi təqdim edib. Arayışda Müşfiqin Mərəzədə öldüyü yazılıb. Nömrəsi də var. 1939-cu il, mart ayında Mərəzədə ölüb.
- Müşfiq Mərəzəyə niyə göndərilib?
- Həbs edilənləri onsuz da ölüm hökmü gözləyirdi. Deyirdilər ki, onsuz da öləcək. Sənədə yazırdılar güllələndi, göndərirdilər xüsusi yerlərə işləməyə. Onsuz da bilirdilər ki, öləcək. Ola bilər, Müşfiqin də sənədi belə olub. Güllələnib yazıb, göndəriblər Mərəzəyə.
- Sənədi Dilbər xanıma vermişdilər?
- Hə. Dilbər xanım özü gedib Xalq Daxili İşlər Komissarlığına müraciət etmişdi. 1956-cı ildə Müşfiqin ölüm sənədini alıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Özbəkistan Vaşinqtonda liderlərin tarixi görüşünü Prezident İlham Əliyevin şəxsi diplomatiyasının parlaq qələbəsi kimi qiymətləndirir - Şavkat Mirziyoyev
-
Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub - Prezident İlham Əliyev
-
Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir - Prezident İlham Əliyev
-
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - (Video/Foto)
-
Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub - (Video/Foto)
-
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər - (Video)
-
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər - (Video)
-
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib
-
Kristofer Nolanın filmi rekord gəlirlə tarixə düşdü
-
Hazal Kaya “Uzak şehir” serialından imtina etdi
-
Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib - (VİDEO)
-
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - (Yenilənib/Video/Foto)
-
Cəlilabadda avtomobil yandı
-
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb (VİDEO)
-
“Sabah” – “Hapoel” oyununa hakim təyinatları açıqlandı
-
Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlandı
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər - (VİDEO)
-
Qazaxıstanın vitse-prezidentinin adı 7–10 gün ərzində açıqlanacaq - Tokayev
-
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında müttəfiqlik münasibətlərinin inkişafında mühüm mərhələdir
-
Sabahın hava proqnozu açıqlandı
-
Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib (VİDEO)
-
Avropa liderləri Kiyevə gəldilər
-
Yeniyetmə cüdoçularımız Türkiyədə 4 medal qazandılar





