“Gürcüstanda ermənilər necə yaşayırsa, azərbaycanlılar da burada yaşayacaqlar"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistan parlamentinin sədri Alen Simonyanın 300 min azərbaycanlının qayıdışının mümkünlüyü ilə bağlı jurnalistin sualına cavabı erməni politoloqların hələ də müzakirə etdiyi mövzudur.
Milli.Az axar.az-a istinadən bildirir ki, Simonyan 300 min azərbaycanlının geri qayıdışı məsələsinə "Gürcüstanda ermənilər necə yaşayırsa, azərbaycanlılar da burada, bizim torpağımızda yaşayacaqlar. Onlar yerləşəcəklər və bu qədər" sözləri ilə reaksiya vermişdi.
"Fakt" erməni nəşri yazıb ki, 2 milyona yaxın əhalinin olduğu ölkədə 300 min azərbaycanlı - yəni əhalinin 1/6-i ciddi təhlükədir.
Simonyanın qarşılıqlı olaraq ermənilərin də Qarabağa və yaxud Bakıya qayıtması mümkünlüyü haqda açıqlamasını isə erməni politoloqlar "görməzdən gəlməyə" çalışıblar və əsas diqqəti məhz 300 min azərbaycanlının qayıdışına yönəldiblər.
Politoloq Artur Xaçikyan deyib ki, 300 min azərbaycanlıdan başqa bura çoxlu sayda Azərbaycan polisi də gələcək, səbəb də azərbaycanlıların təhlükəsizliyini təmin etməkdir. O əmin olduğunu bildirib ki, Azərbaycan və erməni əhalisi arasında münaqişələr başlayacaq. Xaçikyan ermənilərin Zəngəzur və digər ərazilərdən qaçacağı ilə bağlı bir neçə gün öncəki iddiasını təkrarlayıb.
"Məşhur bir rəvayət var ki, qurbağanı soyuq suya salıb onu tədricən qaynama temperaturuna qədər qızdırsan, qurbağa təhlükəni hiss etməyəcək və diri-diri qaynayacaq. Ancaq müasir təcrübələr belə bir şeyi təsdiq etmədi. Sağlam bir heyvan təxminən 25 dərəcə selsidə narahat olmağa başlayır və çölə çıxmağa çalışır. Erməni cəmiyyətinin qurbağadan da axmaq olduğu aşkar edilsə, çox üzücü olardı.
İndi bizim seçilmiş məmurlarımız danışmağa başlayıblar ki, Qərbi Azərbaycanla bağlı rəvayətlərdən üzülməyə, sadəcə olaraq kəndlərinə qayıdacaq üç yüz min azərbaycanlıdan narahat olmağa dəyməz. Artıq uçmağın vaxtıdır? Yoxsa bir az daha gözləməliyik?" - nəşr yazıb.
Qeyd edək ki, Simonyan "qarşılıqlı olaraq qayıtmaqdan", "sülh sazişindən 5 dəqiqə sonra erməni və azərbaycanlıların artıq alış-verişə başlayacağı"ndan bəhs edib və erməni politoloqlar buna toxunmaq istəmirlər. Əslində ən böyük təhlükə ermənilərin qayıdışıdır. Çünki azərbaycanlılar əzəli torpaqlarında - indi Ermənistan adlanan ərazidə - sakit yaşayıblar, ötən əsrdə 4 dəfə öz yurdlarından deportasiya edilsələr də, bircə dəfə də olsun, torpaq iddiası qaldırmayıblar. Əvəzində isə qovulublar, təhqir ediliblər, etnik zəmində təzyiqlərə məruz qalıblar, qısnanıblar, vəzifə verilməyib və s.
Ermənilər isə Bakıda yaşadıqları müddətdə burda onlara yaradılan çoxsaylı imtiyazlardan istifadə ediblər, Qarabağda da "ayrıca respublika" kimi davranıblar - öz məktəbləri, universitetləri, bütün hər yerdə erməni dili, bütün vəzifələrdə ermənilər. Bakının özündə belə bütün rayonların ən azı ikinci katibləri ermənilər idi.
Yəni əslində Simonyanın təklifi Azərbaycan üçün yaxın onilliklərdə növbəti "erməni qarayarası" hazırlamaqdan başqa bir şey deyil.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb
-
Üç prezident hökmdən kənarda: Ermənistanla sülh niyə otuz illik işğal işini bağlamır
-
Mirzoyan: Türkiyə ilə sərhədlər hər an açıla bilər"
-
İstanbulda Ermənistanın Müstəqillik Günü qeyd edildi - Türkiyə XİN-in rəsmisi tədbirdə
-
Paşinyan bu tarixə qədər sülh sazişinin imzalanacağını düşünür
-
Paşinyan yenə universitet diplomu ala bilmədi
XƏBƏR LENTİ
-
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
-
Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Günün qoroskopu: Şəxsi həyatınızda bəzi gərginliklər yaşana bilər
-
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
-
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - (Video)
-
“Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
-
Rafet El Romanın azərbaycanlı nişanlısı - (Foto)
-
Bəzi kolleclər bağlana bilər - (Video)
-
Bacısı Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
-
Deputatın oğlu "Yeraz Əhməd" dava edənləri barışdırmaq istəyirmiş - (Video)
-
"Cəhənnəm Necati"yə hökm oxundu
-
“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Engin Altana ağır itki - (Foto)
-
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
-
“Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə - Yenilənib
-
Zeytun Festivalının açılışı olub - (Foto)
-
Deputatın oğlunun iştirakı ilə cinayətdə öldürülən Ceyhunla bağlı yeni detal
-
Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - (Foto)
-
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb
-
Məktəblərdə hicab məsələsi dini təzyiq deyil, vahid forma qaydasıdır – Baş redaktordan açıqlama
-
"Arsenal" "Everton"u məğlub edib - İngiltərə Premyer Liqası
-
Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat - (Foto/Video)
-
Lənkəranda balıq tutan kişi ölüb





