Bu maşınlar kəskin bahalaşacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çin bəzi nadir metalların ixracına məhdudiyyət qoyub. Bu metallar avtomobillərin istehsalında vacib rol oynayır. Avropa və Asiya ölkələrinin avtomobil zavodları çətin vəziyyətə düşüb. Bu, maşınların istehsalının dayanmasına və qiymətlərin artmasına səbəb ola bilər.
Milli.Az xəbər verir ki, alman və yapon maşınları bahalaşa, çin avtomobilləri isə ucuzlaşa bilər. Bəzi modellərin istehsalı isə tamamilə dayandırıla bilər, necə ki, ilk qurban "Suzuki"nin "SWIFT" modeli oldu.
Çin avtomobil, müdafiə və enerji sahələrində istifadə olunan bəzi nadir metalların ixracını məhdudlaşdırıb. Bu qərar ABŞ-nin Çin mallarına əlavə gömrük rüsumu tətbiq etməsinə cavab olaraq verilib. Nadir metallar elektrikli və adi avtomobillərin vacib hissələrinin istehsalında istifadə olunur. Çin isə bu metalların dünyadakı ən böyük istehsalçısıdır - təxminən 60%-ni təkbaşına təmin edir.
Avropanın avtomobil istehsalçıları artıq bəzi zavodları bağlayıb. Zavodların ehtiyat hissələri tükəndikcə daha çox bağlanmalar gözlənilir. Almaniyanın avtomobil sənayesi bu vəziyyətə görə ciddi narahatlıq keçirir və istehsalın tamamilə dayanma riski olduğunu bildirir. Onların sözlərinə görə, Çin bəzi şirkətlərə ixrac üçün lisenziya versə də, bu kifayət deyil. Üstəlik, lisenziya verilən malların gömrükdən çıxarılması da çox gecikir.
Əgər istehsal dayansa və ya azalsa, maşın sayı bazarda azalacaq. Bu da qiymətlərin qalxmasına səbəb olacaq. Belə bir hal pandemiya dövründə də yaşanmışdı - yeni maşınlar az idi, insanlar ikinci əl maşınlara üz tutmuşdu və qiymətlər kəskin artmışdı.
BMW bildirir ki, onların da bəzi tədarükçüləri bu vəziyyətdən təsirlənib. Mercedes-Benz isə nadir metalların istifadəsini azaltmaq üçün yeni yollar axtarır. Onlar gələcəkdə bu metallardan imtina etmək istədiklərini deyirlər. Volkswagen hələlik ciddi problem yaşamadığını və tədarükün sabit olduğunu açıqlayıb.
Yaponiyanın Nissan şirkəti də bu məsələdən narahatdır və hökumətlə birlikdə alternativ yollar axtarır. Suzuki şirkəti isə artıq bəzi modellərin - məsələn, Swift avtomobilinin istehsalını müvəqqəti dayandırıb.
Əgər Çin bu məhdudiyyətləri davam etdirsə, dünyada avtomobil istehsalı ciddi şəkildə azalacaq. Bu da qiymətlərin qalxmasına və alıcılar üçün daha çətin vəziyyətin yaranmasına səbəb olacaq. Şirkətlər isə çıxış yolu kimi ya alternativ tədarükçü tapmalı, ya da yeni texnologiyalar hazırlamalıdır.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Baş nazir Teymur Musayevlə bağlı qərar verdi
-
Təranə-Musa cütlüyünün evi müzakirə yaratdı - (Video)
-
Generalın saxlanılan qızının 3 ay öncəki davası - (Video)
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib
-
Paşinyan türkiyəli jurnalistlə ürək işarəsi göstərdi: Tarkanın mahnısını dinlədi - (Video)
-
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - (Foto)
-
Bakıda yanan 64 yaşlı kişi öldü
-
Qardaşını maşınla vurub videoya çəkən gənc saxlanıldı - (Video)
-
Sərxan Kərəmoğlu: "Cənazəmi Azərbaycana gətirən kafirdir, yandırsınlar"
-
"Ərdoğanla çox müsbət görüş keçirdik" - Paşinyan
-
“Fənərbağça” “Real”ın ulduzuna elçi düşdü
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
-
“Kızılcık Şerbeti”nin aktrisasının dəfninə niyə qatılmadığını açıqladı
-
İşlədiyin saata görə maaş alacaqsan - Kimlər daha çox qazanacaq?
-
Bakıda böyük söküntü: 3500 manat kompensasiya...
-
“Aşk-ı Memnu”nun aktrisası dəyişib belə oldu - (Fotolar)
-
Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub - (Foto)
-
“Barselona” stadionunda vəfat edənlərin külü saxlanılacaq
-
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - (Video)
-
Heydər Əliyevin müəllifi olduğu Konstitusiya Azərbaycanın sabit dövlətçiliyə keçidinin simvoludur - Sevil Mikayılova
-
Qəza törədib atasının ölümünə səbəb oldu - Məhkəmə qərar verdi
-
Aslan Fətullayevin dəfn vaxtı və yeri açıqlandı
-
Bu yolda sola dönən sürücülər cərimələnir





