Azərbaycanlı deputatın mandatı əlindən alındı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi (Yuqra) Dumasının Sosial İnkişaf Komitəsi sədrinin müavini Xalid Tağı-zadə bölgənin "özbəklərin tarixi vətəni" olduğunu bildirdikdən sonra vəzifəsindən azad edilib.
Milli.Az yerli mediaya istinadla xəbər verir ki, iyunun 3-də Dairə Dumasının keçirilən növbədənkənar sessiyasında Tağı-zadə deputat statusundan məhrum olunub. Sessiya zamanı ona ictimaiyyət qarşısında üzr istəməsi tövsiyə olunub. Bununla yanaşı, Etika Komissiyası prokurorluğa müraciət edərək onun səsləndirdiyi fikirlərin Rusiya qanunvericiliyinə zidd olub-olmadığının araşdırılmasını istəyib.
Dumanın sədri Boris Xoxryakov bildirib ki, bəzi deputatlar Tağı-zadənin mandatdan məhrum edilməsini tələb etsələr də, buna hüquqi əsasların olmadığını qeyd edib. Yerli KİV-in məlumatına görə, yaranmış narazılıq fonunda Tağı-zadənin Azərbaycana qayıtmaq ehtimalı müzakirə olunur.
Qeyd edək ki, daha əvvəl Rusiya Liberal Demokrat Partiyasından olan Dövlət Duması deputatı Vladimir Sısoyev baş prokuror İqor Krasnovdan məsələ ilə bağlı araşdırma aparılmasını, çıxışın etnik qarşıdurma və ərazi bütövlüyünə təhlükə yarada biləcəyini vurğulayaraq yoxlama tələb etmişdi.
Xalid Tağı-zadə isə səsləndirdiyi fikrə görə artıq üzr istəyib. O, "Yuqra özbəklərin vətənidir" ifadəsinin şəxsi fərziyyəsi olduğunu və bu bəyanatı vitse-qubernatorla müavinlər arasında yaranmış gərginliyi yumşaltmaq məqsədilə dediyini bildirib.
Sözügedən bəyanatın yayılması sosial şəbəkələrdə, xüsusilə "Telegram" platformasında geniş rezonans doğurub və mübahisələrə səbəb olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
Zaxarovadan Simonyanın sözlərinə cavab: Həmin vaxt onun kimin ayaqlarına düşdüyü bizə məlum deyil
-
Putin onu Moskvaya gətirmək üçün şəxsi təyyarəsini göndərdi
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Rusiyalı qadın azərbaycanlı qızı kilsənin önündə şəkil çəkdirdiyi üçün qınadı - (Video)
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





