Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CEIS) versiyasına əsasən, "Barselona"nın 17 yaşlı hücumçusu Lamin Yamal dünyanın ən bahalı futbolçusudur.
Milli.Az xəbər verir ki, ispaniyalı oyunçunun dəyəri 402,3 milyon avro məbləğində qiymətləndirilir.
Dünyanın ən bahalı 10 futolçusu onlardır:
1. Lamin Yamal ("Barselona") - 402,3 milyon avro;
2. Erlinq Haaland ("Mançester Siti") - 239,6 milyon avro;
3. Cud Bellinqem ("Real Madrid") - 233,8 milyon avro;
4. Kilian Mbappe ("Real Madrid") - 192,5 milyon avro;
5. Camal Musiala ("Bavariya") - 154,8 milyon avro;
6. Pedri ("Barselona") - 143,7 milyon avro;
7. Vinisius Junior ("Real Madrid") - 130,4 milyon avro;
8. Koul Palmer ("Çelsi") - 126,5 milyon avro;
9. Xulian Alvares ("Atletiko Madrid") - 126 milyon avro;
10. Florian Virts ("Bayer") - 122,3 milyon avro.
Milli.Az