Ölkə

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi - FOTO

4 İyun 2025 09:33
Baxış: 2 193
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar jurnalist İlyas Adıgözəlli vəfat edib.

Milli.Az xəbər verir ki, İ.Adıgözəlli 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İlyas Xıdır oğlu Adıgözəlli 1938-ci ildə Gürcüstanın Borçalı (Marneuli) rayonunun Sadaxlı kəndində anadan olub. 1957-ci ildə Sadaxlı kənd orta məktəbini bitirib. Ali təhsilini isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin jurnalistika şöbəsində alıb.

1963-2007-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində işləyib. Bu illərdə "Araz" radiostansiyasında şöbə müdiri (1964), baş redaktorun müavini (1969), baş redaktor (1990), "Araz" proqramının baş direktoru (1993-1997-ci illərdə), radioda şərhçi (1997-2007-ci illərdə) vəzifələrində çalışıb.

1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülüb.

2007-ci ildən təqaüdə çıxsa da, Azərbaycan Televiziya və Radio Verilişləri-Qapalı Səhmdar Cəmiyyətində müqavilə üzrə proqramlar hazırlayıb.

Bakı Avrasiya Universitetində və Bakı Slavyan Universitetində Jurnalistika fakültəsi tələbələrinə dərs deyib.

İ.Adıgözəlli Əməkdar jurnalist Fikrət Adıgözəllinin atasıdır./iqtisadiyyat.az

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.