Avtomobildəki hansısa problemi bildirən xəbərdarlıq işıqları kustar üsulla söndürülür.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ustalar bildirirlər ki, bu üsullardan əsasən avtomobil alqı-satqısı ilə məşğul olan şəxslər istifadə edirlər.
Məqsəd isə maşının texniki vəziyyətini gizlədərək onu daha asan və baha qiymətə satmaqdır. Amma bu cür hallar sonralar böyük təhlükələr yaradır.
Avtomobil ustası Anar Əliyev bildirir ki, bəzən oksigen sensoruna da müdaxilə edilir. Bu isə yalnız xəbərdarlıq siqnalının yox olması ilə deyil, həm də mühərrik sisteminin zədələnməsi ilə nəticələnir. Hazırda ölkədə baş verən avtomobil yanğınlarının əksəriyyətinin səbəbi də məhz budur.
Usta qeyd etdi ki, avtomobil alarkən elektron sistem mütləq düzgün və hərtərəfli yoxlanmalıdır.
Videomaterialı təqdim edirik.
Milli.Az