Ölkə

İki uşaq anasının ölümünə səbəb olan həkimə hökm oxundu - FOTO

3 İyun 2025 13:24
Baxış: 2 619
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda iki uşaq anasının ölümündə təqsirləndirilən həkimə hökm oxunub.

Milli.Az Binəqədi Rayon Məhkəməsində ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə B.Mahmudov 2 il 9 ay azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, Aybəniz Almuradova ötən il iyunun 11-də liposaksiya əməliyyatı üçün "Reo-Med" klinikasına müraciət edib və iyulun 2-də həyatını itirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Dünyasını dəyişən A.Almuradova iki azyaşlı uşaq anası olub.(oxu.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.