Ölkə

Saxlanılan icra başçısı və digər rəsmi şəxslərin GÖRÜNTÜLƏRİ - VİDEO

31 Oktyabr 2025 12:20
Baxış: 3 384
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat nəticəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə digər rəsmi şəxs saxlanılıb.

Milli.Az xəbər verir ki, 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısı 29 oktyabr tarixində rayonda sonuncu dəfə rəsmi tədbirə qatılıb.

Tədbirdə icra başçısı İslam Rzayev və İcra Hakimiyyətinin bir çox vəzifəli şəxsləri, digər qonaqlar iştirak ediblər.

Xatırladaq ki, keçirilən əməliyyat zamanı bir neçə digər rəsmi şəxsin də saxlanılıdığı bildirilir.

Qeyd edək ki, saxlanılan icra başçısının qızı Fəridə Rzayeva Suraxanı Rayon Məhkəməsinin hakimidir. İslam Rzayev bacısıoğlu Elman Mehdiyev isə maliyyə nazirinin müşaviri vəzifəsində çalışır.

Mehman Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.