Mədəniyyət

Xalq artisti xəstəxanaya yerləşdirildi

31 Oktyabr 2025 17:40
Baxış: 2 519
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xalq artisti Elmira Rəhimova səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, məlumatı sənətkarın oğlu açıqlayıb. Onun sözlərinə görə hazırda Elmira Rəhimova Bakı Sağlamlıq Mərkəzində həkim nəzarətindədir.

"Anamın təzyiqi və şəkəri qalxmışdı, özünü bir qədər narahat hiss edirdi. Buna görə də xəstəxanaya aparmaq qərarına gəldik," - o bildirib.

Sağlamlıq Mərkəzindən verilən açıqlamada qeyd olunub ki, 84 yaşlı Elmira Rəhimovaya terapiya şöbəsində nevroloq və endokrinoloq tərəfindən müayinə aparılıb, lazımi müalicə üsulları təyin edilib.

Məlumata görə, sənətkarın vəziyyəti hazırda stabildir və yaxın günlərdə evə buraxılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.