Şou-biznes

"Kızılcık şerbeti"ndə gözlənilməz ayrılıq - baş rol ifaçısı gedir - FOTO

31 Oktyabr 2025 19:21
Baxış: 1 255
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Show TV-nin sevilən serialı "Kızılcık Şerbeti""ndə dörd mövsümdür Doğa obrazını canlandıran Sıla Türkoğlu layihədən ayrılır.

Milli.Az xəbər verir ki, aktrisa dizidən öz istəyi ilə ayrılmaq qərarı verib. Türkoğlu bu qərarını mövsümün əvvəlində dizinin prodüseri Faruk Turgutla bölüşüb. Lakin Turgutun xahişi ilə aktrisa 113-cü bölümdən sonra seriala vida etməyə razılaşıb.

Son dövrlərdə reytinqlərində azalma müşahidə olunan "Kızılcık Şerbeti" serialında ayrılıqlar ard-arda gəlir.

Qısa müddət əvvəl Ece İrtem (Işıl) və Batuhan Bozkurt Yüzgüleç (Firaz) də layihədən ayrılacaqlarını açıqlamışdılar.

Sıla Türkoğlunun da gedişi ilə birlikdə serialın əsas hekayəsində böyük dəyişikliklər gözlənilir.

İzləyiciləri ən çox maraqlandıran məsələ Doğa obrazının necə ayrılacağıdır.

Əvvəlki ssenaridə onun Firazla qaçacağı planlaşdırılmışdı, lakin tamaşaçılardan gələn mənfi reaksiyalar səbəbindən bu xətt ləğv edilib.

Yeni ssenariyə əsasən, Doğa fərqli bir hekayə ilə "Kızılcık Şerbeti"nə vida edəcək.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.