Hadisə

Gənc oğlan idman zalında öldü - VİDEO

31 Oktyabr 2025 01:06
Baxış: 521
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sumqayıtda gənc oğlan idman zalında ölüb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə şahidləri bildiriblər ki, 22 yaşlı Adil Eyvazov məşq zamanı özünü narahat hiss edib və bir neçə dəqiqə sonra huşunu itirib.

Dərhal çağırılan təcili tibbi yardım briqadası hadisə yerinə gəlsə də, gəncin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, mərhum uzun illərdir taekvondo idman növü ilə məşğul olub. O, ölkədaxili və beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atıb, müxtəlif medallarla təltif edilib.

Taekvondo müəllimi İsa İsayev iddia edib ki, Adil Eyvazov müxtəlif yerlərdə məşqlər edib. Yalnız ötən gün mərkəzə məşq etmək üçün gəlibmiş.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Tibbi ekspertiza nəticəsinə əsasən, gənc idmançının ölüm səbəbi ürək çatışmazlığı olub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.