Ölkə

Qabil Məmmədov və digərləri barəsində həbs qərarı verildi

3 İyun 2025 12:25
Baxış: 2 057
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Orxan Ağayev, Qurban Məmmədov barəsində təqdimatlara baxılıb.

Milli.Az APA-ya istinadla xəbər verir ki, Baş Prokurorluğun təqidmatlarına Binəqədi rayon Məhkəməsində baxılıb, məhkəmə təqdimatları təmin edib.

Onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılıb.

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən qiyabi icraat başlanaraq istintaqa çağırılmış digər təqsirləndirilən şəxslər barəsində də məhkəmə tərəfindən qətimkan tədbirinin seçilməsi üçün yaxın vaxtlarda təqdimatların göndərilməsi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.