İsti havalarda bəzi qidalar istilik vurması riskini artırır – diyetoloqdan xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yay aylarında bəzi qida məhsullarının orqanizmə mənfi təsiri arta bilər və istilik vurması riskini yüksəldə bilər.
Milli.Az xəbər verir ki, bu barədə rusiyalı diyetoloq, tibb elmləri namizədi və Rosbiotex Universitetinin Dietologiya kafedrasının dosenti Anastasiya Lebedeva Lenta.ru-ya açıqlamasında məlumat verib.
Mütəxəssisin sözlərinə görə, bu risk əsasən bəzi məhsulların su-duz balansını pozması və bədənin istilik tənzimləmə mexanizminə təsiri ilə bağlıdır.
Duzlu və yağlı qidalara diqqət
Lebedeva bildirib ki, duzlu qəlyanaltılar - məsələn, çipslər, qoz-fındıq, hisə verilmiş məhsullar və konservlər - orqanizmdə maye balansını pozur. Duz toxumalarda suyun qalmasına səbəb olmaqla yanaşı, susuzluğu artırır və isti havada bədənə əlavə yük yaradır.
Xüsusilə duzlu qidalarla spirtli içkilərin birlikdə qəbulu təhlükəni daha da artırır.
Bundan əlavə, yağlı və yüksək zülallı qidalar da isti havalarda təhlükəlidir. Belə qidalar orqanizm tərəfindən çətin həzm olunur və bu proses zamanı əlavə istilik yaranır ki, bu da bədəni daha çox yükləyir. Proteinlə zəngin məhsulların həddən artıq istehlakı isə çoxlu su tələb edir və bədəndə susuzluq yarada bilər.
Kofein və alkoqol - gizli risklər
Diyetoloq kofeinli içkilər və spirtin də yay aylarında təhlükəli olduğunu bildirib. Onların sidikqovucu təsiri səbəbindən bədən daha tez maye itirir və bu da istilik vurması ehtimalını artırır.
Nə etməli?
Yayda rasionda yüksək su tərkibli qidalara üstünlük verilməlidir - təzə meyvə, tərəvəz, giləmeyvə, yüngül tərəvəz şorbaları və mayalanmış süd məhsulları məsləhət görülür. Kifayət qədər su içmək isə xüsusilə vacibdir.
Lebedeva həmçinin əsas yeməkləri günün sərin vaxtlarına - səhər və axşama salmağı, günorta saatlarında (səhər 11-dən axşam 4-ə qədər) isə yüngül qəlyanaltılarla kifayətlənməyi tövsiyə edib.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Arif Mirzəyevlə vida mərasimi keçirilir - (Yenilənib)
-
Qazaxda yanğın oldu
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub - (Video)
-
Qayınata bu yazıya görə toy günü bəyi döydü
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
-
Sabahdan bu binalara istilik verilməyəcək
-
Bakıda hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək - Tarixlər
-
Azərbaycan Fələstini təbrik etdi
-
Azərbaycan gimnastları Çində keçirilən turnirdə bürünc medal əldə ediblər
-
Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub
-
Hörmüz boğazında iki neft tankerində yanğın baş verib
-
Kamçatkada 5 zəlzələ baş verdi





