İyunun 2-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, sabahın havası belə olacaq.
Bakı və Abşeron Yarımadasında hava proqnozu
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyunun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Gecə temperaturu: 19-22° isti
Gündüz temperaturu: 27-32° isti
Atmosfer təzyiqi:755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək
Nisbi rütubət: gecə 50-60 %, gündüz 35-45 %
Azərbaycanın bölgələrində hava proqnozu
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında qısamüddətli leysan xarakterli yağış, şimşək, hətta dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman müşahidə ediləcək. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Gecə temperaturu: 17-22° isti
Gündüz temperaturu: 31-36° isti
Dağlarda gecə temperaturu: 10-15° isti
Dağlarda gündüz temperaturu: 20-25° isti
Milli.Az