Ölkə

Ölümünü xəstəxananın gizlətdiyi deyilən Ayazın FOTOsu

30 İyul 2025 21:00
Baxış: 1 213
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir neçə gün əvvəl Gəncədə "DNK Hospital"da müalicə üçün yerləşdirilən 1989-cu il təvəllüdlü Ayaz Məmmədov vəfat edib.

Bu barədə "Qafqazinfo"ya mərhumun yaxınları bildirib.

Onların sözlərinə görə, Ayaz Məmmədov bir neçə saat öncə klinikada dünyasını dəyişib.

Xatırladaq ki, Ayaz Məmmədovun yaxınları bir neçə gün öncə "DNK Hospital" klinikasının qarşısında həkimlərə etiraz etmişdilər.

Onlar bildirmişdilər ki, Ayaz vəfat edib, lakin həkimlər onun meyitini məqsədli şəkildə reanimasiya şöbəsində saxlayıblar.

Xəstəxana rəsmiləri isə bu iddiaları təkzib etmişdi.

Ayaz Məmmədov iyulun 24-də Gəncə şəhərində "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Mərhum ailəli olub və iki övladı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.