"Qarabağ"ın Çempionlar Liqasındakı növbəti rəqibi bəlli oldu - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan "Qarabağ" komandasının rəqibi müəyyənləşib.
"Köhlən atlar" bu mərhələdə Şimali Makedoniya təmsilçisi "Şkendiya" klubu ilə qarşılaşacaqlar.
"Şkendiya" II təsnifat mərhələsində FCSB (Rumıniya) komandasını iki oyunun nəticəsinə görə üstələyib. Tərəflər arasında hər iki görüş "Şkendiya"nın qələbəsi ilə yekunlaşıb (1:0, 2:1).
Ağdam təmsilçisi isə "Şelburn"a (İrlandiya) hər iki oyunda qalib gələrək (3:0, 1:0) adını lll təsnifat mərhələsinə yazdırıb.
---------
21:54
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qalib gələn "Qarabağ" növbəti raunda adlayıb.
Milli.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.
Yeganə qol 44-cü dəqiqəyə təsadüf edib. Qonaqların heyətində Con Martin avtoqol müəllifi olub. 68-ci dəqiqədə meydan sahiblərinin heyətində Kadi Borges əllə oyuna görə təyin edilən penaltini qola çevirə bilməyib.
Qeyd edək ki, Dublində baş tutan ilk oyunda "köhlən atlar" 3:0 hesablı qələbəyə sevinmişdi.
Beləliklə, iki görüşün nəticəsinə əsasən "Şelburn"u mübarizədən kənarlaşdıran "Qarabağ" adını III təsnifat mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək
------------
20:45
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçında hesab açılıb.
Milli.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesabda irəli çıxıblar.
Qonaqların heyətində 44-cü dəqiqədə Ceyms Norris avtoqol müəllifi olub.
------------
20:05
Matç başladı.
----------
19:04
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Qarabağ"la İrlandiyanın "Şelburn" komandası arasında keçiriləcək cavab oyunu üçün start heyətləri açıqlanıb.
Milli.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44 Elvin Cəfərquliyev, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 11. Emmanuel Adday, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
"Şelburn": 13. Vessel Spil, 4. Kameron Ledvic, 18. Ceyms Norris, 15. Samuel Boun, 24. Lyuis Templ, 5. Ellis Çapman, 8. Mark Koyl, 17. Daniel Kelli, 10. Con Martin, 23. Kerr Makinroy, 11. Ademipo Odubeko
Baş məşqçi: Cozef Obrayn
Qeyd edək ki, komandalar arasında ilk oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubu rəqibini mübarizədən kənarlaşdıracağı halda, III təsnifat mərhələsində FKSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək





