İdman

Güləşçimiz Afinada dünya çempionu oldu

30 İyul 2025 23:02
Baxış: 544
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan güləşçisi Əli Nəzərov Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

Milli.Az xəbər verir ki, milli üzvü üçüncü yarış günündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ümumiyyətlə, yunan-Roma güləşçilərimiz mundialda 1 dəst medal qazanıblar.

Abdurrahman Hüseynli (45 kq) ukraynalı Timur Məhərrəmova tam üstünlüklə (9:0) qalib gələrək bürünc medala yiyələnib.

Hikmət Haqverdiyev (51 kq) finalda özbəkistanlı Otabek Tursunova 1:4 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb.

Əli Nəzərov (60 kq) həlledici görüşdə qırğızıstanlı Amangəldi Ysakbayevə heç bir şans tanımayıb. Rəqibini 6:1 hesabıyla üstələyən həmyerlimiz dünya çempionu olub.

Yusif Əhmədli (71 kq) bürünc medal görüşündə iranlı Mohammad Kazımiyə minimal fərqlə (3:4) məğlub olub.

Səid Paşayev (92 kq) gündüz seansında təsəlliverici görüşlərə çıxıb və moldovalı Vladislav Vasilevskiylə (9:0) qazaxıstanlı Adilet Toişiyə (tuş) vaxtından əvvəl qalib gəlib. Ancaq bürünc medal uğrunda qarşılaşmada türkiyəli Ahmet Uzuna 0:5 hesabıyla uduzaraq, 5-ci yerlə kifayətlənib.

DÇ-də 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan millimiz 100 xal toplayaraq, komanda hesabında Qırğızıstanla 4-5-ci yerləri bölüşüb.

 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.