İdman

Türkiyədə yaralanan futbolçu 3 gün sonra ÖLDÜ

20 Dekabr 2025 15:31
Baxış: 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Kocaeli şəhərində baş verən silahlı hücum nəticəsində ağır yaralanan "Sultanbəyli Belediyespor"un futbolçusu Uğurcan Bekçi dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd edək ki, dekabrın 17-də iki qrup arasında borc mübahisəsi zəminində baş verən hadisə zamanı U.Bekçi qasıq nahiyəsindən yaralanaraq ciddi qan itirmişdi.

Xatırladaq ki, "Sultanbəyli Belediyespor"da çıxış etmiş futbolçu karyerası ərzində "Kocaelispor", "Kağıtspor", "Körfez Spor Kulübü", "Belediye Derincespor", "24 Erzincanspor" və "Ankara Keçiörengücü" kimi klubların şərəfini qorumuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.