Dünya

İranda çəkilən görüntülər gündəm oldu - VİDEO

20 Dekabr 2025 14:48
Baxış: 426
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiş adası illərdir İranda görünməmiş bir mənzərəyə səhnə olub.

Milli.Az xəbər verir ki, yüzlərlə qadın məcburi hicab qaydalarına qarşı çıxaraq marafonu bu geyimsiz başa vurub.

Saçları açıq qaçan qadınların görüntüləri sosial mediada qısa müddətdə yayılıb və yarış bir çoxları tərəfindən "inqilabi" olaraq dəyərləndirilib.

Qeyd edək ki, İran hökuməti tez-tez məcburi hicab qanununu pozan qadınları həbs edir və cərimələyir, sosial media hesablarını bağlayır və üz tanıma texnologiyasından istifadə edərək xəbərdarlıqlar göndərir. Lakin qadınlar məhdudiyyətlərə baxmayaraq, mübarizələrini davam etdirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.