Kriminal

14 yaşlı qıza qeyri-etik hərəkətlər edən şəxslər həbs olundu

20 Dekabr 2025 15:46
Baxış: 405
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağsuda yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmiş qanunazidd əməllərə görə 2 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Milli.Az-ın əldə etdiyi məlumat görə, rayon sakinləri olan iki nəfər 2011-ci il təvəllüdlü G.M.-ya (ad və soyad şərtidir) qarşı əxlaqa və qanunvericiliyin tələblərinə zidd hərəkətlər törədiblər.

Polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı V. İlyasov və 26 yaşlı R.Vəlizadə müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.