Honkonqda noyabrın 26-da baş verən böyük yanğın nəticəsində ölənlərin sayı aşkarlanan qalıqların DNT testindən sonra 161-ə çatıb.
Milli.Az xəbər verir ki, bu barədə polis komissarı Co Çou məlumat verib.
Daha əvvəl hakimiyyət orqanları yanğın nəticəsində 160 ölüm faktını açıqlamışdılar.
"Məhkəmə-tibbi ekspertizası aşkarlanan qalıqlardan daha bir şəxsin DNT-sini aşkar edib. Bu da ölənlərin sayının 161-ə çatması deməkdir. DNT testləri davam edir. Biz digər həlak olanların qalıqlarının tapılacağı ehtimalını istisna etmirik və bu say arta bilər", - deyə o qeyd edib.
Xatırladaq ki, noyabrın 26-da Honkonqun Tai Po rayonundakı səkkiz çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğının söndürülməsi noyabrın 28-dək davam edib.
Milli.Az





