Honkonqda baş verən yanğın nəticəsində ölənlərin sayı artdı

20 Dekabr 2025 15:39

Honkonqda noyabrın 26-da baş verən böyük yanğın nəticəsində ölənlərin sayı aşkarlanan qalıqların DNT testindən sonra 161-ə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə polis komissarı Co Çou məlumat verib.

Daha əvvəl hakimiyyət orqanları yanğın nəticəsində 160 ölüm faktını açıqlamışdılar.

"Məhkəmə-tibbi ekspertizası aşkarlanan qalıqlardan daha bir şəxsin DNT-sini aşkar edib. Bu da ölənlərin sayının 161-ə çatması deməkdir. DNT testləri davam edir. Biz digər həlak olanların qalıqlarının tapılacağı ehtimalını istisna etmirik və bu say arta bilər", - deyə o qeyd edib.

Xatırladaq ki, noyabrın 26-da Honkonqun Tai Po rayonundakı səkkiz çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğının söndürülməsi noyabrın 28-dək davam edib.

Milli.Az