Norveçdə Şahzadə Mette-Maritin səhhəti son dövrlərdə pisləşib.
Milli.Az xəbər verir ki, Norveç kral sarayı son aylarda səhhətində ciddi pisləşmə müşahidə olunan Norveç tac şahzadəsi Mette‑Maritin ağciyər nəqlinə ehtiyacı ola biləcəyini açıqlayıb.
52 yaşlı şahzadəyə 2018-ci ildə ağciyər fibrozu diaqnozu qoyulub. Bu degenerativ xəstəlik ağciyərlərdə çapıq toxumasının yaranmasına səbəb olur, nəticədə nəfəs alma və oksigenin qan dövranına ötürülməsi çətinləşir.
Sarayın cümə günü yaydığı məlumata görə, payız aylarında aparılan tibbi müayinələr Mette-Maritin səhhətində "açıq-aşkar pisləşmə" olduğunu göstərib. Oslo Universitet Xəstəxanasının tənəffüs tibb şöbəsinin rəhbəri Are Martin Holm bildirib ki, vəziyyət ağciyər transplantasiyasının zəruri ola biləcəyi mərhələyə yaxınlaşır.
Həkimlər vurğulayır ki, ağciyər transplantasiyası son çarə hesab olunur və yalnız xəstəliyin ağır mərhələsində, ömür uzunluğu ciddi şəkildə məhdudlaşdıqda tətbiq edilir.
Milli.Az





