Sağlamlıq

İnsana ilk dəfə süni ürək qoyuldu - Tibbdə yeni dövr - VİDEO

31 May 2025 05:05
Baxış: 1 001
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsraildə 63 yaşlı kişinin həyatı süni ürək implantasiyası ilə xilas edilib. Ölkədə ilk dəfə tətbiq olunan bu prosedur Qüdsdə yerləşən Hadassah Ein Kerem Tibb Mərkəzində uğurla icra olunub.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, yeddi saat davam edən əməliyyat Fransada xüsusi təlim keçmiş geniş tibbi heyət tərəfindən həyata keçirilib. Əməliyyatda kardioloqlar, ürək cərrahları, anestezioloqlar, reanimasiya mütəxəssisləri və texniki personal iştirak edib. Xəstənin iflasa uğramış ürəyi titan, heyvan mənşəli toxumalar və sensorlardan ibarət süni orqanla əvəz olunub.

Hadassah Tibb Mərkəzinin ürək institunun rəhbəri professor Ofer Amir bu hadisəni "İsrail səhiyyəsi üçün böyük bir mərhələ" kimi dəyərləndirib. Əməliyyata rəhbərlik edən cərrah Dr. Alexander Lifay-Diamant isə bunun "gələcəyin texnologiyası" olduğunu bildirib.

Əməliyyatdan sonra xəstə əvvəlcə ECMO aparatı ilə dəstəklənib, lakin tədricən süni ürək funksiyanı tam ələ alaraq pasientin həyati funksiyalarını bərpa edib.

İmplanta edilən cihaz Fransanın CARMAT şirkəti tərəfindən istehsal olunub və Tzamal Medical şirkəti vasitəsilə İsraildə təmsil olunur. Cihazın qiyməti təxminən 430 min dollar təşkil edir və bu məbləğ xəstənin sığorta şirkəti tərəfindən qarşılanıb.

Həkimlərin sözlərinə görə, bu süni ürək xəstəyə azı iki il həyat təmin edə bilər. Bu texnologiya donor gözləyən, lakin vəziyyəti kritik olan xəstələr üçün yaşamaq ümidi ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.