Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi izah
Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımov mağaza şəbəkələri tərəfindən satılan hədiyyə kartlarının hüquqi mahiyyəti və onların etibarlılıq müddətinə dair tətbiq olunan şərtlərlə bağlı hüquqi mövqeyi açıqlayıb.
Milli.Az xəbər verir ki, hakimin sözlərinə görə, hədiyyə kartı müstəqil əmtəə deyil. Kartın alınması zamanı istehlakçı əslində gələcəkdə mağazadan məhsul əldə etmək məqsədilə əvvəlcədən pul vəsaiti - avans ödəyir. Kart isə yalnız həmin ödənişi təsdiq edən vasitədir və tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin mövcudluğunu göstərir. Hədiyyə kartlarının üzərində yer alan "yalnız etibarlılıq müddəti ərzində istifadə edilə bilər", "müddət bitdikdə kart yenilənmir və balansdakı məbləğ silinir" kimi müddəalar müqavilənin standart şərtləri hesab edilməlidir. Çünki bu şərtlər sahibkar tərəfindən əvvəlcədən hazırlanır və istehlakçının onların məzmununa təsir etmək imkanı olmur.
F. Qasımov bildirib ki, müqavilə azadlığı prinsipi tərəflərə qanunvericiliyə zidd olmayan şərtlər müəyyən etmək imkanı versə də, bu prinsip standart şərtli müqavilələrdə istehlakçının hüquqlarını məhdudlaşdıran və sahibkara birtərəfli üstünlük yaradan müddəaların tətbiqinə əsas vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420-ci maddəsinə əsasən, təklif edən tərəfə əsassız olaraq öz öhdəliyinin icrasından imtina etmək imkanı verən, yaxud istehlakçını qanunla nəzərdə tutulmuş hüquqlardan məhrum edən standart şərtlər etibarsız sayılır.
Vurğulanıb ki, kartın etibarlılıq müddətinin başa çatmasını əsas gətirərək həm məhsulun verilməsindən, həm də ödənilmiş avansın qaytarılmasından imtina edilməsi Mülki Məcəllənin tələblərinə uyğun deyil. Belə şərtlər satıcıya öhdəliyini birtərəfli qaydada icra etməmək imkanı yaradır və istehlakçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu faktiki olaraq aradan qaldırır.
Hakim bildirib ki, bu cür müddəalar həm Mülki Məcəllənin 420-ci maddəsinə, həm də mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinə ziddir. Çünki hədiyyə kartı özü iqtisadi dəyər daşımır, yalnız əvvəlcədən ödənilmiş vəsaiti təsdiqləyir. Müddətin bitməsi ilə həmin vəsaitin silinməsi isə satıcının heç bir məhsul təqdim etmədən avans məbləğini özündə saxlamasına səbəb olur ki, bu da hüquqi əsas olmadan varlanma ilə nəticələnə bilər.
Hakimin sözlərinə görə, hədiyyə kartlarında nəzərdə tutulan və kartın etibarlılıq müddəti başa çatdıqda balansın silinməsini nəzərdə tutan standart şərtlər etibarsız hesab edilməli, istehlakçının əvvəlcədən ödədiyi vəsait hesabına məhsul əldə etmək və ya qanunvericiliyin nəzərdə tutduğu digər hüquqlardan istifadə etmək imkanı qorunmalıdır.
DİGƏR XƏBƏRLƏR
-
Xaricdə hərbi təhsil almaq istəyənlərin nəzərinə
-
Dənizdən tapılan cadu müzakirə yaratdı - (Video)
-
Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi izah
-
Bakıda 10 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzil satdılar - 80 min manata
-
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır - Fərqlər nələrdir?
-
III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi elan edilir
XƏBƏR LENTİ
-
Zaqatalada itkin düşən 62 yaşlı kişinin meyiti çaydan tapıldı
-
Mbappedən Fransa millisinin məğlubiyyəti ilə bağlı açıqlama
-
Xaricdə hərbi təhsil almaq istəyənlərin nəzərinə
-
Dənizdən tapılan cadu müzakirə yaratdı - (Video)
-
Odessada dron hücumu: Gəmidə 11 azərbaycanlı olub
-
Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi izah
-
Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib
-
Bülənt Ersoy yeni imici və rəqsi ilə gündəm oldu - (Video)
-
Bakıda 10 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzil satdılar - 80 min manata
-
DÇ: İngiltərə və Argentina final uğrunda mübarizə aparacaq
-
559 körpəyə "Haaland" adı verildi - Səbəb
-
"Volkswagen"dən böyük ixtisar planı: 10 minlərlə insan işsiz qalacaq
-
Mayak ərazisində nə baş verir? - Su polisi vətəndaşın şikayətini araşdırır
-
Qusarda çətənə kolları yetişdirən şəxs saxlanılıb
-
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır - Fərqlər nələrdir?
-
Prezident İlham Əliyev Ərdoğana Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb
-
III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi elan edilir
-
Fransa - İspaniya matçının ən yaxşısı seçildi
-
881 min nəfər sosial müavinət və təqaüd alıb
-
Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib
-
Ofelya Şabanova: "O mahnımın sözlərini ərim yazıb"
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Rusiyada sərnişin təyyarəsi nasazlıq səbəbindən geri qayıtdı
-
Dilənçiyə pul vermək savabdır, yoxsa günah?





