Məşhur futbolçu həbs edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xorvatiya milli komandasının sabiq futbolçusu Dario Şimiç turizm sahəsində aparılan korrupsiya araşdırması çərçivəsində saxlanılıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş futbolçu Adriatik dənizi sahilində kempinq fəaliyyətinə icazə almaq üçün qanunsuz yollardan istifadə etməkdə ittiham olunur. İddialara əsasən, söhbət Tisno şəhərində yerləşən, təxminən 30 nəfərlik qonaq və 10 çadır üçün nəzərdə tutulmuş kiçik düşərgədən gedir.
İstintaqın versiyasına görə, Dario Şimiç tikinti və fəaliyyət üçün tələb olunan icazələri turizm departamentinin sabiq rəhbəri Neda Livlyaniçin köməyi ilə qanunsuz şəkildə əldə edib.
Futbolçunun vəkili isə ittihamlarla razılaşmadıqlarını bildirib. Onun sözlərinə görə, Dario Şimiç özünü təqsirli hesab etmir və indiyədək bütün fəaliyyətini qanun çərçivəsində həyata keçirib.
Qeyd edək ki, 50 yaşlı Dario Şimiç peşəkar futbol karyerasını 2010-cu ildə başa vurub. O, "Milan"ın heyətində iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin İtaliya çempionluğu, ölkə kuboku və Superkubokunu qazanıb. Xorvatiya millisinin formasında 101 oyuna çıxan sabiq müdafiəçi 4 qolla yadda qalıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İvan Perişiç Çempionlar Liqasının tarixinə düşdü
-
Andrey Arşavin “Sabah”-“Barselona” matçı üçün Bakıya gəldi
-
ÇL: “Real” PSV-ni darmadağın etdi - Nəticələr
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
"Qarabağ" Julio Romaonu qaytarmaq istəyir
-
“Sabah” La Liqa səviyyəsində komandadır” - Hansi Flik
XƏBƏR LENTİ
-
Noyabrın sonundan həyatı dəyişəcək bürclər: Sizi nə gözləyir?
-
Bazarlarda xurma bu qiymətə satılır
-
Lotereyadan bir milyon uddu, saxlanıldı
-
İvan Perişiç Çempionlar Liqasının tarixinə düşdü
-
İrəvan Bakı ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun tikintisinə başlayır
-
“Dünya Gözəli” seçildi - (Fotolar)
-
Pezeşkian Xameneinin məzarı önündə ağladı - (Video)
-
2 min il əvvəl burada kimlər yaşayıb? - Beyləqanda qədim izlər tapıldı
-
Yardımlıda 7 yaşlı uşaq su hövzəsində boğularaq öldü
-
Bu gün bəzi ərazilərdə qaz olmayacaq
-
ABŞ-da təyyarə qəzaya uğradı - 6 nəfər öldü
-
1,4 milyon manatlıq yanacaq kimlərin cibinə gedib? - 15 nəfərlik cinayət işi
-
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edildi
-
Tramp hind toyuqlarını əfv edib - (Video/Foto)
-
Aygün Əliyeva vəfat etdi
-
Qazinin 30 il aldığı müavinət niyə kəsilib? - (Video)
-
Andrey Arşavin “Sabah”-“Barselona” matçı üçün Bakıya gəldi
-
Azərbaycanda bu qurum ləğv edildi
-
Hava ilə bağlı son məlumat
-
Brilliant Dadaşova: “Oğlum deyirdi ki, yaxınlaşma mənə...” (Video)
-
Kəlbəcərin inkişafı təkcə dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır - Kamaləddin Qafarov
-
"Giləzi-Quşçuluq" vaxtı keçmiş məhsulları satmaq istəyib - Rəhbər heyət həbs edildi (Yenilənib)
-
100 manatlıq dövlət rüsumu 25 manata endirilir - Qərar
-
Qubada “BMW” yoldan çıxaraq parkın hasarına çırpıldı - (Foto)





