Dilənçiyə pul vermək savabdır, yoxsa günah?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zaman-zaman sosial şəbəkələrdə və ictimaiyyət arasında dilənçilərə pul verib-verməmək məsələsi müzakirə olunur. Bəziləri küçələrdə dilənən insanların bunu peşəyə çevirdiyini bildirərək onlara pul verməyin doğru olmadığını deyir. Digərləri isə bu fikirlə razılaşmayaraq ehtiyac sahibi olan insanlara kömək etməyin həm mənəvi, həm də dini baxımdan vacib olduğunu vurğulayırlar.
Bəs dinimiz kimlərə yardım etməyi tövsiyə edir? Küçədə dilənən insana pul vermək, yoxsa verməmək günah sayılır?
Milli.Az xəbər verir ki, ilahiyyatçı-alim Samid Quliyev mövzu ilə bağlı Musavat.com-a İslam dininin mərhəməti, yardımlaşmanı və ehtiyac sahiblərinə dəstək olmağı ən böyük mənəvi dəyərlərdən biri hesab etdiyini bidirib:
"Qurani-Kərimdə yoxsullara, miskinlərə və möhtac insanlara yardım etmək dəfələrlə tövsiyə olunur. Eyni zamanda Uca Allah buyurur: "Dilənəni də qovma!" ("Duha" surəsi, 10). Bu ilahi göstəriş ehtiyac sahibi ilə nəzakətlə davranmağı, onu təhqir etməməyi və insan ləyaqətini qorumağı əmr edir".
İlahiyyatçı əlavə edib ki, bununla belə, bu ayə hər qarşılaşdığımız dilənçiyə mütləq pul verməli olduğumuz mənasını daşımır:" İslam xeyirxahlığı hikmət və məsuliyyətlə birgə həyata keçirməyi tövsiyə edir. Məqsəd sadəcə pul vermək deyil, həqiqətən ehtiyac içində olan insana fayda göstərməkdir.
Əgər qarşımızdakı şəxsin həqiqətən ehtiyac sahibi olduğuna əminiksə, ona kömək etmək savab əməldir. Lakin yardım təkcə pul şəklində olmamalıdır. Yemək almaq, geyim və ya dərmanla təmin etmək, yaxud digər zəruri ehtiyaclarını qarşılamaq çox vaxt daha faydalı və məqsədəuyğun olur.
Müasir dövrdə peşəkar dilənçilik və bu fəaliyyətdən qazanc məqsədilə istifadə edən qrupların mövcudluğu da nəzərə alınmalıdır. Belə hallarda verilən pulun həqiqi ehtiyac sahibinə çatmamaq ehtimalı var. Buna görə də yardımı tanıdığımız ehtiyac sahiblərinə, aztəminatlı ailələrə və etibarlı xeyriyyə təşkilatları vasitəsilə çatdırmaq daha doğru seçimdir. Küçədə qarşılaşdığımız bir insana kömək etmək istədikdə isə ona pul vermək əvəzinə yemək almaq və ya konkret ehtiyacını qarşılamaq daha məqsədəuyğun hesab olunur".
Samid Quliyevə görə, müsəlman etdiyi yardımın həqiqətən ehtiyacı aradan qaldırmasına, insan ləyaqətini qorumasına və sui-istifadəyə şərait yaratmamasına diqqət yetirməlidir:"İslamın məqsədi dilənçiliyi təşviq etmək deyil, ehtiyacı aradan qaldırmaq, yardımlaşma mədəniyyətini gücləndirmək və cəmiyyətdə sosial həmrəyliyi möhkəmləndirməkdir'.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır - Fərqlər nələrdir?
-
III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi elan edilir
-
881 min nəfər sosial müavinət və təqaüd alıb
-
Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib
-
Dilənçiyə pul vermək savabdır, yoxsa günah?
-
Bu gün şəhid Xudayar Yusifzadənin doğum günüdür
XƏBƏR LENTİ
-
"Volkswagen"dən böyük ixtisar planı: 10 minlərlə insan işsiz qalacaq
-
Mayak ərazisində nə baş verir? - Su polisi vətəndaşın şikayətini araşdırır
-
Qusarda çətənə kolları yetişdirən şəxs saxlanılıb
-
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır - Fərqlər nələrdir?
-
III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi elan edilir
-
Fransa - İspaniya matçının ən yaxşısı seçildi
-
881 min nəfər sosial müavinət və təqaüd alıb
-
Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib
-
Ofelya Şabanova: "O mahnımın sözlərini ərim yazıb"
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Rusiyada sərnişin təyyarəsi nasazlıq səbəbindən geri qayıtdı
-
Dilənçiyə pul vermək savabdır, yoxsa günah?
-
Bu gün şəhid Xudayar Yusifzadənin doğum günüdür
-
Taleh Yüzbəyov: "Mənə üzr istədə bilməzsiniz!"
-
Qızılın qiyməti ucuzlaşdı
-
Məşhur futbolçu həbs edildi
-
Dünya bazarında neft bahalaşdı: "Brent" 85 dolları keçdi
-
Mahsun Kırmızıgülün səhnədəki jesti ürəkləri fəth etdi - (Video)
-
Paytaxtda 31 ton dizel daşıyan yük avtomobili alovlandı - (Video)
-
Yasamal, Nizami və Xəzər rayonlarının bəzi ərazilərində işıq kəsiləcək
-
Azərbaycan XİN Türkiyəni təbrik etdi
-
Avropada yemək-içmək və otellər harada daha ucuzdur?
-
4 qazla başladı, indi ildə 800 bala alır (Foto)
-
Ağıllı insanlar mübahisə edərkən bu 3 cümləni işlətmirlər





