Cəmiyyət

Yasamal, Nizami və Xəzər rayonlarının bəzi ərazilərində işıq kəsiləcək

15 İyul 2026 09:20
Baxış: 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Paytaxtın Yasamal, Nizami və Xəzər rayonlarının bəzi ərazilərində bu gün planlı təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət olacaq.

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişinin keyfiyyətinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bununla əlaqədar Abbas Mirzə Şərifzadə, Akim Abbasov, Həsən bəy Zərdabi küçələrinin, eləcə də MİDA yaşayış kompleksinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Eyni zamanda, aparılacaq təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Nizami rayonunda Nizami Abdullayev və Qurban Sadiq küçələrinin bir hissəsində də elektrik enerjisinin verilişində fasilə olacaq.

Bundan başqa, Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Məmməd Səid Ordubadi və Mirzəağa Əliyev küçələrində də elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

"Azərişıq" ASC qeyd edib ki, yenidənqurma, təmir və təftiş işləri başa çatdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.