Taleh Yüzbəyov: "Mənə üzr istədə bilməzsiniz!"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qalmaqallı dondurma reklamı ətrafında müzakirələr davam edir. Xatırladaq ki, kəskin etirazlar və boykot çağırışlarından sonra şirkət sözügedən reklam çarxını sosial şəbəkələrdən silmişdi.
Milli.Az musavat.com-a istinadən bildirir ki, reklam çarxında rol alan aktyor Taleh Yüzbəyov isə reklam hissəsini çıxararaq videonu prinsip məsələsi kimi öz səhifəsində saxlayacağını bildirib.
Aktyor yaydığı videomüraciətdə tənqidlərin sonradan təhqirə çevrildiyini, hətta ailə üzvlərinin də hədəfə alındığını deyib:
"Videoya kifayət qədər müxtəlif reaksiyalar gəldi. Təriflər qədər tənqidlər də oldu. Tənqid elədiniz, yaxşı eləyirsiniz. Sonra təhqirə keçdiniz. Ürəyiniz soyumadı, inboxuma, direct-ə yazdınız. Orda da ürəyiniz soyumadı, keçdiniz həyat yoldaşıma yazdınız.
Özgə vaxtı biz "arvad" sözünü işlədəndə az qalırsınız gözümüzü çıxarasınız. Amma mesajlarınızın çoxunda "arvadın..." ifadəsini işlədirdiniz. Rahat olun, estetiki yoxdur. Müəyyən prosedurları var, adını bilməliyəm. Amma lap elə olsaydı da, bu o demək deyil ki, mən bu barədə video çəkməməliydim. Sadəcə, mən özüm bu prosedurların yaxşı olmadığını düşünürəm.
Mübarizəni də aparanda mərdcəsinə aparmaq lazımdır. Amma sizin aranızda elələri oldu ki, ən dibi, ən murdar hərəkət etdi. 11-12 yaşlı qızımın şəklini həyat yoldaşıma göndərib "Qızının da qulaqları şəhpədir, onu da yəqin estetik etdirərsiniz" yazmaq çox alçaq hərəkətdir. Mübarizəni bu qədər cılızlaşdırmaq, bu qədər aşağı səviyyəyə salmaq doğru deyil".
Taleh Yüzbəyov reklam çarxının mahiyyətinin düzgün başa düşülmədiyini də iddia edib:
"Biz orada iki ayrı gözəlliyi - təbii və qeyri-təbii gözəlliyi müqayisə etmişik. Əgər mən desəydim ki, təbii daha yaxşıdır, onda mübahisə etməyə yer olardı.
Şirkət artan təzyiqlər və şikayətlər səbəbindən videonu silmək qərarı verdi Hətta Google-da şirkətin reytinqini doqquzdan birə qədər salmısınız. Mən öz tamaşaçılarımdan xahiş edirəm ki, bunu qaldırsınlar. Çünki doğrudan da günah olar, dadlı dondurmaları və şirniyyatları var. Şirkətin mövqeyi bəllidir, onların öhdəlikləri mənimkindən fərqlidir. Videonu sildilər, açıqlama yaydılar və bir çox izləyici xanımlar da bunu qəbul etdilər. Mən buna yalnız sevinə bilərəm".
Bununla belə, Taleh Yüzbəyov bildirib ki, şirkətin qərarı onun şəxsi mövqeyini dəyişmir:
"Şirkətlə baxışlarımız üst-üstə düşməyə bilər. Mən sadəcə reklam hissəsini çıxarıb öz səhifəmdə paylaşacağam. Bu, artıq mənim üçün prinsip məsələsidir.
"Bu video xoşumuza gəlmir, silinməlidir, üzr istənilməlidir!" deyə siz mənə diktə edə bilməzsiniz. Siz mənim nəyi siləcəyimə, nəyi saxlayacağıma qərar verən adamlar deyilsiniz. Ona görə də video səhifəmdə qalacaq.
Kim bəyənmirsə, baxmasın, məni blok etsin. Amma heç kim mənə diktə etməsin ki, üzr istəməlisən və ya videonu silməlisən. Diktələrinizi özünüzə saxlayın. Siz öz bildiyinizi edin, mən də öz bildiyimi edəcəyəm".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Ofelya Şabanova: "O mahnımın sözlərini ərim yazıb"
-
Taleh Yüzbəyov: "Mənə üzr istədə bilməzsiniz!"
-
Mahsun Kırmızıgülün səhnədəki jesti ürəkləri fəth etdi - (Video)
-
"Vampir gündəlikləri"nin ulduzu 17 yaş kiçik modellə evləndi (Foto)
-
Haluk Leventin kazinodan (Fotoları)
-
Nəvai Moskvadakı qəzaya görə məhkəməyə verildi
XƏBƏR LENTİ
-
"Volkswagen"dən böyük ixtisar planı: 10 minlərlə insan işsiz qalacaq
-
Mayak ərazisində nə baş verir? - Su polisi vətəndaşın şikayətini araşdırır
-
Qusarda çətənə kolları yetişdirən şəxs saxlanılıb
-
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır - Fərqlər nələrdir?
-
III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi elan edilir
-
Fransa - İspaniya matçının ən yaxşısı seçildi
-
881 min nəfər sosial müavinət və təqaüd alıb
-
Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib
-
Ofelya Şabanova: "O mahnımın sözlərini ərim yazıb"
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Rusiyada sərnişin təyyarəsi nasazlıq səbəbindən geri qayıtdı
-
Dilənçiyə pul vermək savabdır, yoxsa günah?
-
Bu gün şəhid Xudayar Yusifzadənin doğum günüdür
-
Taleh Yüzbəyov: "Mənə üzr istədə bilməzsiniz!"
-
Qızılın qiyməti ucuzlaşdı
-
Məşhur futbolçu həbs edildi
-
Dünya bazarında neft bahalaşdı: "Brent" 85 dolları keçdi
-
Mahsun Kırmızıgülün səhnədəki jesti ürəkləri fəth etdi - (Video)
-
Paytaxtda 31 ton dizel daşıyan yük avtomobili alovlandı - (Video)
-
Yasamal, Nizami və Xəzər rayonlarının bəzi ərazilərində işıq kəsiləcək
-
Azərbaycan XİN Türkiyəni təbrik etdi
-
Avropada yemək-içmək və otellər harada daha ucuzdur?
-
4 qazla başladı, indi ildə 800 bala alır (Foto)
-
Ağıllı insanlar mübahisə edərkən bu 3 cümləni işlətmirlər





