Hadisə, Kriminal

Qusarda çətənə kolları yetişdirən şəxs saxlanılıb

15 İyul 2026 10:41
Baxış: 283
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qusar rayonunda narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az xəbər verir ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 47 yaşlı Qurban Ərzimanov saxlanılıb.

Araşdırmalar zamanı onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları, həmçinin marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Q. Ərzimanov barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.