Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi elan edilir
15 İyul 2026 10:32
Baxış: 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Moderator.az xəbər portalı ölkənin peşəkar jurnalist və yazarları arasında saytın qurucusu, mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəsinə həsr olunmuş III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsini elan edir.
Müsabiqə Azərbaycan jurnalistikasında peşəkarlığın, milli dəyərlərə sadiqliyin, analitik düşüncənin və keyfiyyətli publisistikanın təşviq edilməsi məqsədilə keçirilir. Bu il müsabiqə həm də tanınmış jurnalist Zülfüqar Hüseynzadənin anadan olmasının 55 illiyi münasibətilə təşkil olunur. Onun jurnalistikaya verdiyi töhfələrin yaşadılması, peşə prinsiplərinin gənc nəsil media nümayəndələri arasında təbliği və adının Azərbaycan mediasında daim ehtiramla yad edilməsi məqsədilə müsabiqə ənənəvi olaraq onun adını daşıyır.
Xatırladaq ki, ilk "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi Kəlbəcər rayonunun təbiəti, sərvətləri və inkişaf perspektivlərinə həsr olunmuş, II müsabiqə isə Qərbi Azərbaycana və Qarabağa qayıdış mövzularını əhatə etmişdi. Hər iki müsabiqə peşəkar media nümayəndələrinin böyük marağı ilə qarşılanmış, qaliblər mükafatlandırılmışdı.
Bu il keçiriləcək III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi aşağıdakı istiqamətlər üzrə elan olunur:
1. Azərbaycan milli mətbuatının görkəmli simaları: irs, peşəkarlıq və milli məsuliyyət
- Zülfüqar Hüseynzadənin publisistik irsi və peşə prinsipləri;
- Həsən bəy Zərdabi, Ceyhun Hacıbəyli, Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlu və digər görkəmli publisistlərin milli mətbuatın inkişafındakı rolu;
- Peşə etikası, obyektivlik və söz məsuliyyəti;
- Müasir Azərbaycan jurnalistikasında milli mətbuat ənənələrinin davamlılığı.
2. Milli maraqların müdafiəsində medianın rolu
- İnformasiya təhlükəsizliyinin təmin edilməsində medianın məsuliyyəti;
- Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyi və milli maraqların müdafiəsi;
- Dezinformasiya və informasiya manipulyasiyasına qarşı peşəkar jurnalistika;
- Milli dəyərlərin, dövlətçilik ideyalarının və azərbaycançılıq məfkurəsinin təbliğində medianın rolu.
3. Böyük Qayıdış: Yeni həyatın ilk addımları
- Qarabağa və Şərqi Zəngəzura qayıdan ailələrin həyat hekayələri, yeni yaşayışa adaptasiya prosesi və insan taleləri;
- Azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, müasir yaşayış məntəqələrinin formalaşması və sosial infrastrukturun inkişafı;
- Böyük Qayıdışın sosial, iqtisadi, mədəni və psixoloji aspektləri, yerli icmaların yenidən formalaşması;
- Qarabağın və Şərqi Zəngəzurun inkişaf perspektivləri: məşğulluq, sahibkarlıq, turizm, kənd təsərrüfatı və dayanıqlı məskunlaşma;
- Tarixi-mədəni irsin bərpası və onun milli yaddaşın qorunmasındakı rolu.
4. Müasir Azərbaycan gəncliyi: problemlər və çıxış yolları
- Sosial media dövründə gənclərin dünyagörüşü;
- Təhsil, məşğulluq və peşə seçimi;
- Gənclərin milli kimlik, vətənpərvərlik və vətəndaş məsuliyyəti;
- Gənclərin innovasiya, sahibkarlıq və rəqəmsal gələcəkdə rolu.
Qeyd: Mövzular istiqamətləndirici xarakter daşıyır. Müəlliflər qeyd olunan istiqamətlərdən birini seçə və ya eyni yazıda bir neçə mövzuya kompleks şəkildə toxuna bilərlər.
Qiymətləndirmə meyarları
Müsabiqəyə təqdim olunan yazılar aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:
Mövzunun dolğun və hərtərəfli əhatə olunması;
Dilin zənginliyi, üslub və ifadə vasitələrinin səviyyəsi;
Analitik yanaşma, faktların düzgün təhlili və məntiqi əsaslandırılması;
Araşdırmanın keyfiyyəti və faktlardan istifadə bacarığı;
Müasir dünya təcrübəsi ilə müqayisəli yanaşma;
Müəllif mövqeyinin aydınlığı və peşəkar jurnalistika prinsiplərinə uyğunluğu.
Müsabiqənin şərtləri
Yazılar [email protected] elektron ünvanına göndərilməlidir;
Yazının həcmi 10 min işarədən artıq olmamalıdır;
Yazı yalnız bir müəllifə məxsus olmalı və əvvəllər heç bir mətbu orqanda, internet saytında və ya sosial media platformasında dərc edilməməlidir;
Hər müəllif müsabiqəyə yalnız bir yazı təqdim edə bilər;
Yazılar 13 avqust 2026-cı il tarixinədək qəbul edilir;
Təqdim olunan materiallar münsiflər heyəti tərəfindən anonim qaydada və obyektiv meyarlar əsasında qiymətləndiriləcək.
Təqdim ediləcək sənədlər
Elektron məktuba aşağıdakılar əlavə edilməlidir:
Müsabiqə yazısı (Word formatında, müəllifin adı göstərilmədən);
Müəllifin şəxsiyyət vəsiqəsinin surəti (PDF, JPG və ya Word formatında);
Müəllifin əlaqə vasitələri (mobil telefon nömrəsi və elektron poçt ünvanı).
Mükafatlar
Müsabiqəyə təqdim olunan yazılar müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Qaliblər 24 avqust 2026-cı il tarixində - tanınmış jurnalist Zülfüqar Hüseynzadənin anadan olmasının 55 illiyi münasibətilə keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.
I yer - 1000 AZN
II yer - 600 AZN
III yer - 400 AZN
Münsiflər heyətinin seçdiyi ən yaxşı yazılar Moderator.az-da dərc ediləcək, müəlliflərə diplom və xüsusi hədiyyələr təqdim olunacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Dənizdən tapılan cadu müzakirə yaratdı - (Video)
-
Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi izah
-
Bakıda 10 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzil satdılar - 80 min manata
-
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır - Fərqlər nələrdir?
-
III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi elan edilir
-
881 min nəfər sosial müavinət və təqaüd alıb
XƏBƏR LENTİ
-
Dənizdən tapılan cadu müzakirə yaratdı - (Video)
-
Odessada dron hücumu: Gəmidə 11 azərbaycanlı olub
-
Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi izah
-
Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib
-
Bülənt Ersoy yeni imici və rəqsi ilə gündəm oldu - (Video)
-
Bakıda 10 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzil satdılar - 80 min manata
-
DÇ: İngiltərə və Argentina final uğrunda mübarizə aparacaq
-
559 körpəyə "Haaland" adı verildi - Səbəb
-
"Volkswagen"dən böyük ixtisar planı: 10 minlərlə insan işsiz qalacaq
-
Mayak ərazisində nə baş verir? - Su polisi vətəndaşın şikayətini araşdırır
-
Qusarda çətənə kolları yetişdirən şəxs saxlanılıb
-
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır - Fərqlər nələrdir?
-
Prezident İlham Əliyev Ərdoğana Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb
-
III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi elan edilir
-
Fransa - İspaniya matçının ən yaxşısı seçildi
-
881 min nəfər sosial müavinət və təqaüd alıb
-
Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib
-
Ofelya Şabanova: "O mahnımın sözlərini ərim yazıb"
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Rusiyada sərnişin təyyarəsi nasazlıq səbəbindən geri qayıtdı
-
Dilənçiyə pul vermək savabdır, yoxsa günah?
-
Bu gün şəhid Xudayar Yusifzadənin doğum günüdür
-
Taleh Yüzbəyov: "Mənə üzr istədə bilməzsiniz!"
-
Qızılın qiyməti ucuzlaşdı





