Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baş Prokurorluq tərəfindən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səlahiyyətli orqanlarına ünvanlanan ekstradisiya sorğusu, habelə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılmış danışıqlar nəticəsində Pakistan İslam Respublikasının vətəndaşı Qasım Sohail Mohammad oğlunun Azərbaycan Respublikasına ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Milli.Az xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış materiallara əsasən, Qasım Sohail Mohammad oğlunun elektron informasiya texnologiyalarından istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici bankların müştərilərinə məxsus hesablardan pul vəsaitlərini qanunsuz ələ keçirməsi, həmin vəsaitlər hesabına Bakı şəhərində fəaliyyət göstərən mağazalardan onlayn qaydada müxtəlif məhsullar əldə etməsi, sonradan bu malları səyyar qaydada sataraq pul vəsaitini nağdlaşdırması, eləcə də digər qanunsuz əməllər törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında onun barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunub. İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək Bakı şəhərində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Birləşmiş Krallıq ərazisində müəyyən edilərək saxlanılıb.
Hazırda onun Azərbaycan Respublikasına gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.
Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına ekstradisiya olunması istiqamətində xarici tərəfdaş qurumlar, o cümlədən İnterpol ilə sıx əməkdaşlığı bundan sonra da davam etdirəcək.
DİGƏR XƏBƏRLƏR
-
Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi izah
-
Bakıda 10 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzil satdılar - 80 min manata
-
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır - Fərqlər nələrdir?
-
III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi elan edilir
-
881 min nəfər sosial müavinət və təqaüd alıb
-
Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib
XƏBƏR LENTİ
-
Odessada dron hücumu: Gəmidə 11 azərbaycanlı olub
-
Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi izah
-
Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib
-
Bülənt Ersoy yeni imici və rəqsi ilə gündəm oldu - (Video)
-
Bakıda 10 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzil satdılar - 80 min manata
-
DÇ: İngiltərə və Argentina final uğrunda mübarizə aparacaq
-
559 körpəyə "Haaland" adı verildi - Səbəb
-
"Volkswagen"dən böyük ixtisar planı: 10 minlərlə insan işsiz qalacaq
-
Mayak ərazisində nə baş verir? - Su polisi vətəndaşın şikayətini araşdırır
-
Qusarda çətənə kolları yetişdirən şəxs saxlanılıb
-
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır - Fərqlər nələrdir?
-
Prezident İlham Əliyev Ərdoğana Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb
-
III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi elan edilir
-
Fransa - İspaniya matçının ən yaxşısı seçildi
-
881 min nəfər sosial müavinət və təqaüd alıb
-
Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib
-
Ofelya Şabanova: "O mahnımın sözlərini ərim yazıb"
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Rusiyada sərnişin təyyarəsi nasazlıq səbəbindən geri qayıtdı
-
Dilənçiyə pul vermək savabdır, yoxsa günah?
-
Bu gün şəhid Xudayar Yusifzadənin doğum günüdür
-
Taleh Yüzbəyov: "Mənə üzr istədə bilməzsiniz!"
-
Qızılın qiyməti ucuzlaşdı
-
Məşhur futbolçu həbs edildi





