Dənizkənarı Milli Parkda attraksionlar yenidən fəaliyyətə başlayıb.
Milli.Az xəbər verir ki, bir neçə il əvvəl istismar müddətini başa vurduğu üçün bağlanan böyüklər üçün attraksionlar yenidən istifadəyə verilib. Dənizkənarı Bulvar İdarəsi ictimai tələbatı nəzərə alaraq ərazidə yenidənqurma və bərpa işləri həyata keçirib.
Yeni attraksionların istifadə qiymətləri azyaşlılar üçün 3 manat, böyüklər üçün isə 4 manat olaraq müəyyən edilib.
Məsələ ilə bağlı fikirlərini bölüşən sakinlər qiymətlərin uyğun olduğunu bildiriblər:
"Bulvar üçün qiymətlər münasibdir. Köhnə attraksionlarla elə də böyük fərq yoxdur, sadəcə rənglər dəyişib".
Asya
Milli.Az