Övladları yüksək vəzifə tutan sabiq məmurlar - Maraqlı faktlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəmiyyətimizdə məmurların iş fəaliyyətləri ilə yanaşı onların özəl həyatları, həmçinin ailələri də insanların hər zaman maraq dairəsində olub. Hətta vəzifəsini itirən sabiqlərin sonrakı fəaliyyəti və həyatları zaman-zaman diqqət mərkəzinə düşüb.
Maraqlıdır ki, vəzifədən azad olunmuş bir sıra sabiq məmurların yaxın ailə üzvləri, övladları hələ də yüksək vəzifələrdə çalışırlar.
Bizim.Media övladları vəzifədə olan sabiq məmurları araşdırıb:
Oqtay Şahbazov
Oqtay Şahbazov 1991-ci ildən etibarən Prezident Administrasiyasında çalışıb. O, müxtəlif illərdə Prezidentin İşlər müdirinin birinci müavini, 2016-2021-ci illərdə isə Prezidentin işlər müdiri vəzifəsini icra edib.
Oqtay Şahbazovun oğlu nazirdir. Belə ki, Pərviz Şahbazov hazırda Energetika naziri vəzifəsini daşıyır. O, 2017-ci ildən bəri bu vəzifəni icra edir.
Əli Məmmədov
Ərazilərin Bərpası üzrə Dövlət Agentliyinin sabiq sədri Əli Məmmədov 1997-2021-ci illərdə bu vəzifəni icra edib. Əli Məmmədov uğurlu fəaliyyətinə görə "Əməkdar mühəndis" fəxri adına, "Şöhrət" ordeninə layiq görülüb.
Əli Məmmədovun oğlu da yüksək vəzifə daşıyır. Sahib Əli oğlu Məmmədov hazırda İqtisadiyyat nazirinin müavinidir. O, 2021-ci ildən etibarən nazir müavini vəzifəsini icra edir.
Elçin Əfəndiyev
Elçin Əfəndiyev 1993-2018-ci illərdə Baş nazirin müavini vəzifəsini icra edib. O, dövlət idarəetməsindəki fəaliyyəti ilə yanaşı, yazıçı kimi də tanınır.
Sabiq məmurun qızı Humay ixtisasca hüquqşünasdır. Hazırda Humay Əfəndiyeva Konstitusiya Məhkəməsində Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifəsini tutur. Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi var.
Tağı Əhmədov
Tağı Əhmədov 1998-2014-cü illərdə "Bakı Metropoliteni"nin rəisi vəzifəsini icra edib. Sonrakı illərdə YAP-ın Yasamal rayon təşkilatına sədrlik edən T.Əhmədovun 74 yaşı var. Hazırda sabiq məmurun səhhətində ciddi problemlərin olduğu bildirilir.
Tağı Əhmədovun iki oğlu var. Onlardan biri Rauf Əhmədov hakimdir. Digər oğlu Ruslan Əhmədov isə Xarici İşlər Nazirliyində çalışır.
Elman Məmmədov
Elman Məmmədov 1991-2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyıb. O, hazırda Milli Məclisin deputatı, GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Elman Məmmədovun oğlu Elşad Məmmədov da yüksək vəzifə tutur. O, hazırda Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisidir.
Vidadi Muradov
Uzun illər "Azərxalça" ASC-nin İdarə heyətinin sədri olmuş Vidadi Muradov 9 yanvar 2021-ci ildə külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunub. 31 oktyabrda səhhəti ilə əlaqədar həbsdən azad edilib. 4 noyabr 2021-ci ildə xərçəng xəstəliyindən vəfat edib.
Vidadi Muradovun oğlu da yüksək vəzifə daşıyır. Cavid Muradov Sabunçu rayon Polis İdarəsinin rəisidir.
Vilyam Hacıyev
2012-2020-ci illərdə İmişli rayon İcra Hakimiyyətinin başçısı olmuş Vilyam Hacıyev hazırda həbsdədir. O, 5 may 2020-ci ildə DTX əməkdaşları tərəfindən saxlanılıb. V. Hacıyevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham elan edilib. Məhkəmənin qərarı ilə sabiq başçı 12 il azadlıqdan məhrum edilib.
Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev Qubadlı rayon prokurorluğunda müstəntiq işləyir.
Nizaməddin Quliyev
Ağstafa rayonunun sabiq İcra başçısı Nizaməddin Quliyev də Vilyam Hacıyev kimi vəzifə başında həbs olunan məmurlardandır. 10 il icra başçısı olmuş N.Quliyev 2019-cu ildə saxlanılıb.
O, yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almaqda ittiham olunub. Nizaməddin Quliyev 2021-ci ildə həbsxanada olarkən COVID-19-dan vəfat edib.
Nizaməddin Quliyevin oğlu Ramal Quliyev Quba rayon prokurorunun köməkçisidir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
XƏBƏR LENTİ
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi





