Cəmiyyət

Mineral suların üzərində bu sözün yazılmasına icazə verilməyəcək - VİDEO

14 İyul 2023 02:28
Baxış: 1 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ictimai iaşə obyektləri ilə bağlı yenilik olacaq.

Bundan sonra ictimai iaşə obyektlərinin hotellərdə olduğu kimi beş ulduz sistemi üzrə təsnifatlaşdırılması aparılacaq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O qeyd edib ki, bu proses sahibkarların könüllü müraciətinə əsasən həyata keçiriləcək.

AQTA sədri sahibkarların təsadüfi şəxsləri işə götürdüyünü  və sağlamlıq arayışı tələb etmədiyinə də diqqət çəkib. Qeyd edib ki, işçilərini tibbi müayinədən keçirməyənlərin qarşısı qətiyyətlə alınacaq.

Qoşqar Təhməzli onu da qeyd edib ki, gələn həftədən  qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri fəaliyyətə başlayacaq.

O, marketlərdə satışa çıxarılan bitki yağlarının tərkibi ilə bağlı məsələyə də aydınlıq gətirib.

Qoşqar Təhməzli həmçinin qeyd edib ki, yeni qanunvericiliyə əsasən, bundan sonra hər hansı mineral suyun üzərində "müalicəvi" sözü yazılmayacaq. Onun sözlərinə görə, 17 min 560 ədəd belə məhsulun satışı dayandırılıb və dövriyyədən çıxarılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.