Cəmiyyət

Deputat Milli Məclisdə ağcaqanadlardan danışdı - "İtləri də Çinə sataq"

31 May 2023 13:58
Baxış: 2 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda ağcaqan əlindən dayanmaq olmur. Nə gecəmiz, nə də gündüzümüz var.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.  

"Əvvəl gün batandan sonra çıxardılar. İndi o qədər çoxalıblar ki, gündüz vaxtı da camaata zülm edirlər. Bu əhalinin sağlamlığına ciddi ziyandır", - deyə o qeyd edib.

"Regionlarda baxçaya, məktəbə gedən uşaqlar küçə itlərinin hücumuna məruz qalır".

Deputat qeyd edib ki, bu hallar uşaqların qorxmasına, ölümünə səbər olur. "Müvafiq qurumlar bununla ciddi məşğul olmalıdır. Yığın o itləri Koreyaya, Çinə satın amma bir çarə tapın", - deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.